Arxiv

Archive for Oktyabr, 2011

Bir ailə dramı…

Oktyabr 24, 2011 Şərh yazın

Ədalətsiz dünyada yaşamaq savaşı verən biri olur. Adı Adil olur. 16 yaşında olan bu oğlan 9-cu sinifdə oxuyurdu. Adil öz sinfindən olan çox varlı qıza vurulur. Özü imkansız olduğuna görə dostları bu eşqi mümkünsüz hesab edir. Lakin Adil əl çəkmir, 9-cu sinifdə məktəbi tərk edib bir kafedə işləməyə başlayır. İki il özünə gələcək qurmaq üçün vuruşur. Sonradan ailəvi restorana çevrilmiş bu yerdə ofisiantlıqdan adminstratorluğa qədər yüksəlir. Və bu vaxtlarda Adil daha yaxşı qazanır. Tezliklə özünə təzə maşın alır.

Köhnə sinif yoldaşları son zənglərini qeyd edən gün Adil iki il aradan sonra məktəbinə qayıdır. Maşınını həyətdə saxlayır. Həmin gün o dostlarının verdiyi cəsarətlə və üstəlik öz cürətilə sevdiyi qıza – Aydana ürəyini aça bilir. Qız həyətdəki maşından xəbər tutan kimi razılıq verir :-) Lakin bunu Adil üçün fərqi olmur. Read more…

Categories: Düşündüklərim

Eehhh…Qəddafi (Fərqli baxış)

Oktyabr 20, 2011 10 şərh

Bilirəm, dünən və bu gün bütün dünyada Qəddafinin ölümündən danışılır, onun həyatından bəhs edilir. Ancaq mən bu mövzuya tamam başqa səmtdən yanaşacağam. Yazımda heç bir istinad etməyəcəyəm, dediklərimin tamamı öz fikirlərim olacaq.

Müəmmar Qəddafi, fikrimcə dövrümüzün ən böyük siyasi lideridir. Hakimiyyətdə olduğu 42 il öz xarizmasını qoruyub. Dünyada yeganə şəxs idi ki, getdiyi hər bir ölkədə öz qanunlarına uyğun hərəkət edirdi. ABŞ, Fransa, İtaliya, Rusiya, Böyük Britaniya, Almaniya kimi ölkələrdə hətta qadağan olunmuş hərəkətlərə yol verirdi. Lakin 2011 “Qara” ilində dünyanın bütün söz sahibi dövlətləri ondan üz çevirdilər. Güclü vaxtında yanında olduqları kimi köməyə ehtiyacı olduqda tərk etdilər. Read more…

Saxta “Barça”lılar

Oktyabr 19, 2011 13 şərh

Daha bir yazımda futbola yer verməyi qərara aldım. Öncəki yazılarımdan birində qeyd etdiyim kimi futbol mənim həyatımdır. Bu yazımda məni qıcıqlandıran bir şeyə-saxta “Barsalı”lığa toxunacağam.

Futbol dünyasında son 6 ildə baş verənlər mənim üçün kabus oldu. Nifrət etdiyim “Barselona” klubu 3 dəfə ÇL qalibi oldu. Qazandığı digər kubokları heç hesaba almıram. Buna sözüm yox, amma bu uğurlarından sonra öz əvvəlki komandalarına azarkeşliyini dayandırıb kütləvi surətdə “Barsa” aşiqi olan insanlar toplusu məni qıcıqlandırır. Qarşıma çıxan, futbolu bilən, bilməyən, sevən, sevməyən 5 nəfərdən ən azı 3-ü “Barsa”lıdır. Halbuki, 6 il əvvəl bu rəqəm 10 nəfərdən 1 olsa qənimət olardı… İndi isə hələ utanmadan “uşaqlıqdan bu klubu tuturam” deyənlər də var :-) Bu hal “Güclünün yanındayıq”, “Hakimin yanındayıq” şüarlarının əsas şüar olduğu Azərbaycan və Türkiyədə ifrat dərəcədədir. Read more…

Mədəniyyət “İncəsənət” deyil

Oktyabr 18, 2011 16 şərh

Bu sual məni həmişə düşündürür. Yalnız Azərbaycanda bu sözlərin eyniləşdirilməsinə şahid ola bilərik. İncəsənətin demək olar ki, hər bir sahəsinin inkişaf etdiyi bu ölkədə “mədəniyyət” dedikdə ağla ilk gələn Muğamdır :-) AR Mədəniyyət və Turizm Nazirliyi də turizm sahəsilə yanaşı məhz incəsənətin problemləri ilə maraqlanır. Hətta Mədəniyyət TV də ancaq incəsənətimizlə bağlı verilişlər yayımlayır.

Mən cəmiyyətimizin mədəni inkişafının zəif olduğunu deyəndə bəzi “vətənpərvərlər” hücuma keçirlər ki, bəs bizim meyxana, aşıq, muğam kimi mədəni incilərimiz, cürbəcür rəqslərimiz, bayatılarımız, ədəbiyyat nümunələrimiz var; bəzi qoçaqlar isə “Noolub ala mədəniyətimizə?” deyə reaksiya verirlər. Budur mədəniyyət?… Read more…

Yenə 2-cini seçdim.

Oktyabr 17, 2011 6 şərh

Son günlər Facebookda danışdığım bir neçə dostum hədsiz pessimist fikirləri ilə seçilirlər. Bu onların yazmış olduğu statuslarda, komentlərdə aşkar sezilir. Gənc olan bu dostlarımın bu cür olmasının əsas səbəbi sevgidir :-) Gənclər daha professional düşünmədiyi üçün ilk sevgi uğursuzluğundan sonra özlərinə gələ bilmirlər, ruhdan düşürlər, artıq yaşamağın mənasız olduğunu düşünürlər. Lakin bu belə deyil. Hər bir pis hadisədən sonra hamımızın 2 seçimi yaranır: Pis və Yaxşı. Hər ikisini seçmək üçün səbəblər də yaranır. Nədənsə çoxları daha asan olan pis seçimi edirlər, ancaq optimist seçimlər daha gözəl olsa da ona tərəf üzlərini çevirmirlər. İndi isə mənim seçim qarşısında qaldığım məqamları diqqətinizə çatdırım. Read more…

200-cü günüm

Oktyabr 16, 2011 4 şərh

Bu gün İrəli İB-ə üzv olmağımın 200-cü günüdür. Bu münasibətlə özümü təbrik eliyirəm. Mənə bu 200 gün ərzində İrəli nə verdi?

Başlayım İrəliyə ilk tanışlığımdan -”Milli-mənəvi dəyərlərimiz” layihəsindən. 17 mart günü idi. Dostum və qrup yoldaşım İlhamiz məni bu layihəyə gətirdi. Layihə rəhbəri Orxan İrəlidə tanıdığım ilk işçi idi. Bu layihədə təlimçi Elmir Quliyevdən dinimiz, mənəviyyatımız barədə çox gözəl məlumatlar aldım. İrəlini sevməyimdə məhz bu layihənin böyük rolu oldu. Read more…

Bugünüm, Gözəl günüm (Thnx İrəli)

Oktyabr 14, 2011 Şərh yazın

Bu gün bəlkə də həyatımda ən yorğun keçən günlərimdən oldu. Universitetdə ikinci növbədə oxuyandan bu yana ilk dəfə səhər saat 7-də oyandım. Tez oyanana bərəkət məsəlinə ümid edərək evdən çıxdım. Görməli olduğum işləri yerinə yetirib yorğun halda dərsə yollandım. Birinci dərsdən yadımda qalan müəllimin boş-boş söhbətləri və yatmağım oldu :-) Amma bundan sonra… Read more…

İnkişaf edən “ÖLÜ” futbolumuz…

Oktyabr 7, 2011 5 şərh

Yenə futboldan yazacam. 100 yaşlı futbolumuzdan. Bilirəm bezmişik artıq futbolumuzun günündən danışmağa. Ancaq məcburam ki, yenə bu mövzuya toxunum. Bakıya gələn, Bakıdan gedən Azərbaycan futbolunun inkişafından danışır.. Her cümləsini həvəslə oxuyuruq musahibələrin. Stadionlarımızın layihələri, futbol üçün yaradılan şərait hamısı göz qabağındadır. Bu sevindirici haldır. Hamı bilir ki, bunlarsız futbol qeyri-mümkündür… Bəssss… Bu alçaq ermənilər bunlarsız necə oynayır??? Məni əsəbləşdirən də elə budur. Read more…

Xəyalsız atmosfer

Oktyabr 6, 2011 Şərh yazın

İnsan, bəzən sürətlə axıb keçən dünyada, özünə qapanmağı, xəyal qurmağı seçər. Bəzən də şəxsi fikrini öz həqiqətini ortaya qoyaraq yaratmağa çalışar. Mənliyini, özündə olan hər şeydən; dünyadan ayıran və bir parçası olan xəyallarını, yaşadığı dünyasını cılız, şikəst və qeyri-kafi olduğunu görər.

Həqiqətdə insanın həyatı, dünyanın və onun içindəkilərin elə özü idi.

Gerçəyi isə, dünyaya aid olmaq, məğlub olmaq və sonunda ölmək idi.

İnsanın xəyalı bir mənada dünyaya müxalif olan üsyanıdırmı? Çünki dünyanın bir parçası olmaq qisməti, mənliyin deyil bədənin ölümüdür. Bu səbəblə insan müxalif çıxmaq arzusuna görə heç vaxt xəyal qurmaqdan imtina edə bilməyəcək. Read more…

Categories: Düşündüklərim

Dəyişən deyiləm…

Oktyabr 5, 2011 2 şərh

İki il universiteti yola verdikdən sonra qərara gəlmişdim ki, nəhayət, bu il oxumağa başlayacağam… Elə fikirləşdiyim kimi də başlamışdım. Hamı bunu təəccüblə qarşılayırdı. Amma mən həqiqətən istəkliydim…Keçim mövzudan yazmağa…

Əvvəlki iki il müəllimlərin ən sevmədiyi tələbələrdən idim, 1-ci kurs 5 müəllim adıma təqdimat yazmışdı, 2-ci kursda isə bu statistika 9 idi)) Yəni əvvəlki ikiillik universitet həyatımda 14 dəfə qovulma təhlükəsini yola vermişdim :) Read more…

Categories: Başıma gələnlər
Follow

Get every new post delivered to your Inbox.

Join 2,427 other followers