Biz türk deyilik…
Bu gün sizə təqdim edəcəyim yazı “Avarlar türk deyil” mübahisəsi ətrafındadır. İndi çox insan türkçülüyün ifrat təbliği nəticəsində ərəb, fars və kürdlərdən başqa bütün cənubi-qərbi Asiya müsəlman xalqlarını türk olaraq tanıyırlar. Bu xalqlar siyahısında dillərini belə bilmədikləri ləzgi, avar, çeçen və s. kimi dağlı xalqları da var.Avarlar (Qafqaz Avarları).
Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini “магIарулал” olaraq adlandırırlar. Mənası “dağların xalqı”, “dağlılar” deməkdir.
Bu şəkildə avarların məskunlaşması göstərilir. Təqribi sayları 1 600 000 nəfərə çatır.
Bu şəkildə Şimali Qafqaz dil ailəsinin qolları əks olunmuşdur. Avar dili Şimali Qafqaz (Nax-Dağıstan) dil ailəsinin Yeni Qol (Avar-Andi-Tsez) dil qrupuna aiddir. 14 ləhcədə danışılır. Ən çox yayılmış ləhcə elə Avar ləhcəsidir. Millətin adı da məhz bu ləhcədən götürülmüşdür.
Qədim Avarlar (Türk avarlar)
Qədim, yəni türk kimi qəbul olunan avarlardır. Onlara bəzi ədəbiyyatlarda əsl avarlar da deyirlər. 555-ci ildə Göytürklər tərəfindən qərbə sürgü olunmuşlar. Sürgün zamanı isə onlara bir çox millətdən insanlar qoşulmuşdur. Avarlar Avropaya çatan zaman artıq avar xalq anlamını itirmişdir. Avar ordusunda olan hər bir hun, xəzər, monqol hamısı avar adlandırılmışdır. Bu xalqların böyük qismi qıyıqgözlü idi. Tarixçi Walter Pohl avarları uzun müddət araşdırdıqdan sınra bu fikrə gəlmişdir: Avarlar cox böyük tarixə məxsusdurlar və Göytürk tabeçiliyində yaşamaq istəməyən xalqların qarışmasından yaranmışlar.
Avar Xaqanlığı (Türk avarlar)
562-ci ildə qurulmuşdur. Hökmdarları olan Bayan Xaqan çox güclü döyüşçü və rəhbər idi. O türklərlə birləşərək german, slavyan, bizans və frank torpaqlarına yürüşlər təşkil etmişlər. 586-cı ilə kimi Karpatın hamısını, Balkanların da yarısından çoxunu ələ keçirmişlər. Lakin onlar İstanbulu da fəth etmək istəyirdilər. Lakin dəniz donanmaları olmadıqlarına görə bu istəkləri baş tutmamışdır. Avar Xaqanları işğal olunmuş torpaqlarda möhkəmlənmək əvəzinə yeni-yeni ərazilərin alınmasına çalışırdılar. Onlar ilk növbədə frankların ən təhlükəli düşmənləri idilər. 8-ci əsrin sonlarına yaxın franklar qonşu tayfalarla birləşərək avarlar üzərinə hücuma keçmişlər və onları ağır məğlubiyyətə uğratmışlar. 803-804-cü illərdə isə bütün Avar torpaqları Bulqarlar tərəfindən alınmışdır və bu Avar Xaqanlığının sonu olmuşdur.Qafqaz və Türk Avarlarının oxşar cəhəti
Qafqaz və Türk Avarlarının yalnız bir oxşarlığı mövcuddur.
Adları…
- “Avar” kəliməsinin bir neçə dildə izahı verilmişdir. Tarixçi Vasiliy Abayev bu sözün fars sözü olduğunu bildirmişdir. Mənasını isə “gətirmək”, “həll etmək” kimi göstərmişdir.
- Qafqaz dillərində (avar, dargin) mənası isə “peyğəmbər”, “elçi” mənasını verir (avarag).
- Türkcə izahında isə “avara”, “sərsəri” mənalarına gəlinir.
- Qədim erməni qaynaqlarında və Göytürk qaynaqlarında Apar olaraq verilmişdir. Mənası “götürən” və ya “üsyan edən”dir.
Qafqaz Avarlarının isə əsl adları “maarul”dur. Avar adını maarullara ruslar vermişlər. Bu da bəzi tarixçilərə görə qədim avarlara bənzədildiyinə görə baş vermişdir. Belə ki, slavyanlar qədim Avarların döyüş qabiliyyətinə bələd idilər. Maarullar eyni şücaəti yüzillər sonra göstərdiklərinə baxmayaraq onlara bu ad verilmişdir. Məna isə qədim avarlarda olduğu kimidir.
Qafqaz və Türk Avarlarının fərqli cəhətləri
Qafqaz və Türk Avarlarının bir çox fərqləri mövcuddur. Başlıca olaraq dilləri fərqlidir.
Joseph Greenbergə (linqvist – Qafqaz xalqlarının dil müxtəlifliyinin müəyyən edilməsində rəhbər şəxs) görə Qafqaz avar dili və türk dilinin oxşarlığı yalnız 1,86% təşkil etmişdir. Halbuki avar və rus dilinin oxşarlığı 4,29%-dir. Belədirsə, o zaman avarlar rusdur? Təbii ki yox. Hər bir dilə qonşu xalqların dilindən müəyyən sözlər keçmişdir. Bu avarlarda da belədir.
Azərbaycan dilində hər 5 sözdən biri fars mənşəlidir. Bu 20% deməkdir. Lakin heç kim özünə fars demir. Bir millət özünə hansı adı verirsə hamı da o cür qəbul etməlidir.
Qafqaz avarlarının türklərdən əsas fərqini isə bu cür izah edərdim.
Bəzi sözlər vardır ki, onlar demək olar ki bütün türk dillərində saxlanmışdır. Buna misal olaraq “qan”, “ana”, “at”, “gün” və s. kimi sözləri göstərmək olar. Bu sözlər çox az dəyişərək bütün türk dillərində saxlanmışdır. Ancaq avar dilində tərcümələri müvafiq olaraq “bi”, “ebel”, “çuy (ço)” və “q`o”dur. Bu da bu dillərin tamamilə fərqli olduğunu bir daha sübut edir.
Genetik cəhətdən də fərq mövcuddur. Belə ki, Dağıstan avarları üzərində aparılan genetik təcrübələrə əsasən digər Qafqaz xalqlarındakı kimi 65% həcmində J1 Haploqrup tapılmışdır. Bu Haploqrup olan xalqlar isə qədim dövrdə Hürri-Urartu dil qrupuna aid xalqlar idi. Avarların da məhz o xalqlardan gəldiyini demək olar.
Daha bir fərq isə mədəniyyət fərqləridir. Bilindiyi kimi, Avar musiqisi digər Qafqazdilli xalqların musiqisinə bənzəyir. Türk xalqlarının demək olar ki, hamısının özünəməxsus musiqi və rəqsləri vardır.
Genetik cəhətdən də fərq mövcuddur. Belə ki, Dağıstan avarları üzərində aparılan genetik təcrübələrə əsasən digər Qafqaz xalqlarındakı kimi 65% həcmində J1 Haploqrup tapılmışdır. Bu Haploqrup olan xalqlar isə qədim dövrdə Hürri-Urartu dil qrupuna aid xalqlar idi. Avarların da məhz o xalqlardan gəldiyini demək olar.
Daha bir fərq isə mədəniyyət fərqləridir. Bilindiyi kimi, Avar musiqisi digər Qafqazdilli xalqların musiqisinə bənzəyir. Türk xalqlarının demək olar ki, hamısının özünəməxsus musiqi və rəqsləri vardır.
Bütün bu yazdıqlarımdan bu fikrə gəlmək olar ki, biz avarlar heç vaxt türk olmamışıq və olmayacağıq da. Bunu küt beyinlər birdəfəlik başlarına soxmalıdır. Mənə türk deyən özü farsdır. Bu qədər…
P.s… Araşdırmalar tamamilə özümə aiddir.
Categories: Başımıza gələnlər, Düşündüklərim




Menim ucun cox maraqlidi sen ozunu Azerbaycanli kimi gormursen?
Goychek burda bele bir shey yazmamisham.. Men Azerbaycanliyam avar milletinden olan Azerbaycanli
Bilirem dimemisen.Yazini axira qeder oxudum.Sadece avarlar haqqinda ele yazmisanki didim belke ozunu Azerbaycanli kimi bele gormursen.Ok anladim.
Avarlar haqda daha cox yazardim chunki avaram ve bununla fexr edirem agizdolusu danisha bilerem.
Sizin öz milletinizi sevmeyiniz çox yaxşi elametdi. Ama bir şeyide qeyd edim ki, avarlarla turkler ta qedimden beri birge yaşamìşdir. Ve bildiyim qederi ile aralarinda heçbir problem olmamişdir. Sadece olaraq Azerbaycanda her zaman talerantliq movcud olmusdur. Sizin bu yaziniz ise bezi savadsiz insanlar terefinden sehv basa dusule biler. Mene geldikde ise bu yaziya qeder de bu faktlarin bir coxunu bilirdim. Azerbaycanda yasayan her bir millet Azerbaycanlidir.Azerbaycan dilinde Fars ve Ereb sozlerinin varligi tessuf dogursa da heqiqetdir. Sevindirici bir hal var ki, dilimizde òzleşme meyilleri artir. Men ise Türkem ve bununla fexr edirem.
Ferid qardash cox sagholun ki vaxt ayirib oxudunuz… Amma duzune qalsa 18-ci esre qeder avarlarla turkler arasinda hech bir elaqe olmamishdir… yalniz kumik ve tabassaran xalqi avar xanligi ve qunzax hakimiyyeti altinda olan kichik esir olmush xalqlar olublar… Avarlar vaxtile cox milletchi olublar ve turkleri adeten qebul etmirdilerş 18-ci esre qeder. amma indi cox mehribandirlar… men burda turke nifretimi filan yazmamisham sadece bezi bilmezleri bilmediyi halda durub menimle bu movzuda mubahise etmesi meni qiciqlandirir ve onlarin cavabidir bu
Mence artiq bu mübahisenin bir menasi yoxdur cünki her kes oz bilidyi kimi bunu qebul edib ve iki terefinden özünü isbatliyacaq delil ve sübutlari var.Qaldıki, avarlarla türlüerin münasibetine bizi burda bir qardaşlıq bağı bağlıyir.İslam qardaşlığı bu gun İsalm aleminin İslam milletlerinin ümmetinin bu ağır veziiyetinde bu etrafinda birleşmek ve tarixi ve esl düşmene qarşı mübarizeni bu yolla BİRLİK yoluyla aparmaq lazımdır.Bu düşmen zaman zaman rus ingis ve başqa avropali bir olmuşdur.bu gün ise bu düşmen sionist, kapitalist İsrail ABŞ Rusiya ve Avropa Birliyidir.Bunların ise heç biri müselman deyil dinlerinin esli pozulmuş xristian ve yehudidir.Bu mübarizenin ve qardaşlığın nümunelrini biz tarixde cox şahid olmuşuq.En bariz nümunesi ise Şeyx Şamildir.Çar Rusiyasina qarşı mübarize aparan Şeyx Şamil esirlikden sonra Mekke Medineye seferinde İstanbulda onu qarşılanması ve Osmanlı Sultanı Abduləziz öz Şəxsi gəmisi ilə onu səfərini təmin etməsi və bu gün bu mübarizəni davam etdirən çeçenlər və onlara köməklik göstərən Türkiyə və xalqının etdiklərinin görməzdən gəlmək doğru olmazdı
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar.Avarlar Azərbaycanın əsasən Zaqatala rayonunda və Balakən rayonunda yaşayan ən iri etnik azlıqlardan biridir.Azərbaycanlılarla sıx qaynayıb-qarışmışlar. Əsasən Balakənin Qabaqçöl qəsəbəsində, Katex, Gərəkli, Mahamalar kəndlərində azərbaycanlılarla birlikdə, sıx qohumluq münasibətləri şəraitində yaşayırlar. İslam dininə etiqad edirlər.
Avarlar içərisində Azərbaycana və Azərbaycan türklərinə olan sevgi və mehribançılq məni çox sevindirdi.Bizlərlə sizi birləşdirən çox cəhətlər var,bunlardan əsası birincisi vətən,ikincisi din.Şamil sizzə nə qədər əzizdirsə bizədə o qədərəzizdir.
maraqlı idi..məlumatlar üçün təşəkkürlər… ))
Sağol oxuduğun üçün
Qedim Avarlar ile Qafqaz Avarlarini meshur turkolog alim “Lev Qumilyov” ayri milletler oldugunu demisdi…Ama bu fikir yaxin 10 illiklerin arasdirmalarinda sehv oldugu subuta yetirilib…Merkezi ve Serqi Avropada olan qedim avarlara aid qebirlerle Dagistanin Avarlar yasiyan “Xunzax” bolgesinde olan qedim qebirlerin genetik arasdirilmasi ve muqayisesi neticesinde eyni olduglari subut olunub…Avarlarin “Turk” kokenli olduguna dair fikirler var ama bunlar “Avarlar haqqinda qedim yazili menbelerin az ve cox qisa olmasina gore subut olunmayib ve deqiqlesdirilmeyib…Ancag bu heqiqetdir ki qedimde Turkler (yeni goyturkler,hunlar) ile Avarlar eyni bolgede Merkezi Asiyanin, Chinin Simal hisselerinde yasamislar ve sonradan Avropaya koch etmisler…
Tamamile raziyam butun yazdiglarinizla bir sheyden bashga…bu avar musigisine ve regslerine aiddir. Avarlarin da ozunemexsus musigisi ve regsleri var, ve mence de diger qafqazdilli milletlere oxshamir. Misal uchun, cherkeslerin, chechenlerin, ingushlarin,abxazlarin musigisi regsleri ,milli qeyimleri tamamile bashgadi
Region 62. Bunu bilirəm.. Avar və dgər rəqsləri, musiqiləri duyan kimi ayıra bilirəm.. amma ritmləri və ümumi musiqi üslubarı eynidi demək olar ki.
Yox. Hech ritmleri bele eyni deyil. Avarlarin darginlerin, lezgilerin, laklarin musigisi ile umumi uslublari var. Amma yene de gotursek abxazlari, chechenleri, adigalari, ve hetta gurculeri – hech bir oxsharligi yoxdu..ne ritmde, ne musigi uslubunda. Naprimer, u cherkessov kabardincev muzika i tanci poxoji s karachaevo-balkarskimi (xotya oni yavlayutsa tyurkami), abxazami. U ingushey mnogo obshego kak s chechencami, tak i osetinami (irantsami). U gruzin voobshe svoeobraznaya muzika, ritm, postanovka tancev i td. Takje i Avarcev sxojie elementi s drugimi dag.naciyami,nu a v obshem, toje svoeobraznaya kultura.
avarlar turkdur.. bunu hami bilmelidir.. neyin ki avarlar hettda butun qafqaz xalqlari qedim turklerin qafqazda qalan tokluntuleridir.. bunu qebul etmiyenlerin yeqqin ki bawi xarabdir.. cun ki dunyanin 60% turklerin topraxlari oluf ve turkler dunyanin en qedim xalqidir.. qafqazda kim ozunu turk hesab etmirse turkun torpaxi olan qafqazdan gede biler.. bu qeder
Bağça uşaqlarına danışılan nağılların mənim bloqumda yeri yoxdur. TÜrklər dünyanın heç 10 faizinin də sahibi deyilş köçəri xalq olublar tarix boyu ən böyük köçlərin sahibidirlər, bu da o deməkdir ki torpaqsız xalq olublar, çünki köçəri xalqların sabit torpağı olmur. ikincisidə ki, qafqazın yerli türkləri olan tabasaran kumiklar belə qəbul edir ki bura sonradan gəliblər + qafqazın dağlıq ərazilərində heç vaxt türk mədəniyyətinin bir nümunəsi belə tapılmıyıb, hətta qəbələdə belə.. orda da alban mədəniyyəti olub hansı ki heç Albaniya da türk torpağı olmayıb.. tarixi məndən yaxşı biləmməzsən, sən ümumiyyətl 3 yaşlı uşağın bildiyinin sahibisən
Voobshe-to, tabasaranci – ne tyurki. Oni otnosatsa k lezginskoy gruppe yazikov.Prosto iz-za tesnogo projivaniya s azerbaijancami, u nix mnogo v kulture obshego.
Tyurki Dagestana -eto kumiki i nogayci
He sorry noqay olmaliydi))
yox əgər bizə hələ də türk deyirsənsə onda bu dediklərimi tərcümə et avarca olan… Nijeda turk bitsinaz a`da yhezixaleb nij nijqun riyhay. Gadi rokxziroquybi heyyhi jidey qeş bezileb…. Narahat olma söyüş deyil… Biz türküksə siz də farssız bu qədər.