Ana səhifə > Başıma gələnlər, İctimai > İrəli İB… Səninlə İrəli…

İrəli İB… Səninlə İrəli…

Bu gün demək olar ki, hamı İrəli İB-in 3 yaşı tamam olduğunu müxtəlif yerlərdən eşitdi. Düz 3 il əvvəl yaranmış İrəli İB mən də daxil olmaqla minlərlə gəncin həyatında iz qoydu və qoymaqda davam edir. Lakin mənim bu ailəyə üzv olmağım heç də asan olmadı. Əvvəllər heç də yaxşı baxmadığım bu yerə dostum İlhamiz tərəfindən gətirildim. Ona bu birliyə üzv olduğu üçün həmişə gülür, türklər demiş “dalga geçirdim”. Lakin indi bu düşüncələrə beynimdə yer yoxdur. Ümumiyyətlə, İrəli İB barədə düşüncələrimi iki hissəyə ayırıram: Üzv olanadək, üzv olandan sonra.

Olanadək                                                              Olandan sonra
Ceyhun Osmanlı – İrəli İB adından is-     Ceyhun Osmanlı – Gənclərə dəstəyini əsir-
tifadə edərək, YAP-ın hesabına Millət     gəməyən gənc lider
vəkili olan biri

Rauf Mərdiyev – Antipatik, qıcıqlandı-     Rauf Mərdiyev – Səmimi, komplekslərini
rıcı bir insan                                            gizləyə bilən, heç kimə yuxarıdan aşağı
                                                             baxmayan bir lider

İrəli İB prinsipcə – YAP-ın “altyapı”sı,       İrəli İB prinsipcə – Bitərəf mövqeli, dövlət
YAP-a işləyən bir yer                              uğrunda çalışan, Prezidenti dəstəkləyən
.                                                              təşkilat

İrəli İB-in məqsədi – Gəncləri robot-       İrəli İB-in məqsədi – Gənclərə dəstək olmaq,
laşdırmaq, YAP üçün fəallar yetişdir-      siyası ayrı-seçkilik etməmək, dövlət üçün
mək                                                        kadr yetişdirmək

İrəliçilər – İrəli İB-in hesabına özləri-       İrəliçilər – Öz məqsədlərini İrəli İB vasitəsilə
ni başqalarından üstün sayan bekar      həyata keçirməklə gələcəyini quran, məsuliy-
toplusu                                                   yətli gənclər kollektivi

İrəli – Uğur yolunu gənclərin üzərin-       İrəli – Gənclərin uğur yolunu quran təşkilat
də quran təşkilat

İnanıram ki, İrəli İB-ə üzv olmayanların böyük əksəriyyəti mənim əvvəlki düşüncələrimə bənzər fikirlərin sahibidir. Və buna da inanıram ki, onlar da üzv olsalar mənim indiki düşüncələrimin bənzəri onların beynində yaranacaq. Məni bu kollektivə qoşduğu üçün dostum İlhamizə sonsuz təşəkkürümü bildirirəm.

Çoxları məndən soruşur ki, İrəli İB-də məqsədin nədir? Cavab verirdim ki, məni bir dəfə heç olmasa fəal üzvümüz kimi qeyd etsinlər və heç olmasa bir dəfə “Həftənin fəalı” olum. İrəlidəki bu kiçik məqsədlərimdən birincisinə bu həftə ADİU-dakı İrəli İB-in təqdimatında çatdım. Belə ki, Rauf Mərdiyev çıxışında məni fəal üzv kimi təqdim etdi, bu mənimçün böyük jestdir. İnşaAllah qalır ikinci mini-məqsədim – “Həftənin fəalı” olmaq ki, o da mənim fəaliyyətimdən asılıdır.

Mənə həyatda öz yerimi tapmağa kömək olmuş, yeni dostlar bəxş etmiş, danışa bilməyi öyrətmiş İrəli İB-nin rəhbərliyini, işçi heyətini, özümü və bütün İrəli sevgisi olan gəncləri Ad günümüz münasibətilə təbrik edirəm, inanıram ki, gələcək illərdə İrəli İB daha da böyüyərək “gənc” sözünün sinoniminə çevriləcək.

Bir daha TƏBRİKLƏR…

  1. Dekabr 25, 2011 at 02:52 | #1

    cox tesekkurlerimi bildirirem ki, meseleye bu qeder gozel izah getirmisen ve bunu her yerde paylasacam :) )

  2. Dekabr 25, 2011 at 08:44 | #2

    Təşəkkür edirəm

  1. Yanvar 17, 2012 at 13:37 | #1

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 2,427 other followers