avarulia

Ya birinci, ya da … Birinci

Əsəb 2…

Pəncərədən baxdığım anda gördüyüm qar haqda düşünərkən ağlıma gələn onun 6 guşəsinin yadıma saldığı riyaziyyat fənnindən nifrət edən cəmiyyətin bir parçası olduğumuzu unutmayan gəncliyin görəcəyi işlər sırasına şəhidliyi əlavə etməsindən sevinən bir qrup vətənpərvər 20 yanvar günü soyuq havada 22 il əvvəlki faciənin qurbanlarını yad etməklə əslində o qədər də unutqan olmadığımızı sübut etmək istərkən vətənpərvər ruhumuzu oyadan başqa bir hadisənin cərəyan etməsini diləyən mən və mənim kimi digər insanların 2 gün sonrakı vəziyyəti heç də bu cür olmadığını bizə başa saldıqda keçirdiyim utanclıq hissindən kənara çıxa bilmədiyim üçün elə o hislə yeriyərək 4 kilometr yol getdiyimi hiss eləməyərək evə çatdığımda xəbərlərdə Fransanın etdiyi hərəkəti eşidərkən “Budur, danışmağa təzə mövzu tapıldı” proqnozunu verdiyim anda Facebooka girdiyimdə proqnozumun düz olduğunu bildiyim dəqiqə daha internetdə qala bilmədiyimdən TV qarşısına keçmək qərarını verdiyim halda da bu dəfə Hacıbala Abutalıbov cənablarının etdiyi çıxışı və dediyi “Qoşqu” sözü mənə bu ilin Facebook adamının məhz bu cənabın olacağını hiss etdirərkən marağımı oyanmasına görə girdiyim internet aləmində dediyim kimi çıxdığını görmək qürur verdiyindən bu barədə ağız dolusu statuslar yazmaq istəsəm belə “hamı kimi olmamaq” fikri o istəkləri basdırdığı üçün bir neçə günün keçməsini gözləyərək və bu hadisələri başqaları unutmağa başladığı anda post yazmaq eşqinə düşərək əvvəldə yazdığım kimi pəncərədən gördüyüm qara baxmağı dayandırıb İlham pərimi yanımda götürərək əziyyətini çəkərək və siz tərəfdən bəhrəsini görəcəyimə ümid edərək girişdim bloqa.

Single Post Navigation

6 thoughts on “Əsəb 2…

  1. hahah))) ejdahasan :)

  2. maraqli yazi idi ugurlar :)

  3. Çox sağolun Rafiga xanım) sizə də

  4. oxuyub qurtarana kimi eseb oldum

  5. Məqsədimə çatdım deməli)

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 2,654 other followers