Eyy, tənha oğlan, bir bura bax… Hə, hə… Səninləyəm. Qulaq as, gör nə deyirəm… Bəsdir daha maskalandın, nəyisə qəbul etməyinin vaxtı gəlib artıq. Üzülmə, həyatda hər kəsə bir rol verilir, hər obraz kimsə tərəfindən mütləq oynanmalıdır. Rolundan nə qədər yayınmağa çalışsan da xeyri yoxdur. Soruşursan bunu haradan bilirəm? Hahah, bunu mən necə bilməyim ki, mən artıq tənhalıq rolunun mahir və uzunmüddətli ifaçısıyam. Narahat olma, çox sıxılsan da ömrünün axırınadək bu rolda olacaqsan və vərdiş edəcəksən. İndi mən sənə bəzi qəbul etmədiyin həqiqətlər göstərəcəyəm. Read more…
Like this:
3 bloggers like this post.
Categories: Başıma gələnlər
Tags: 5, alone, dost, edib, eyy, forever, forever alone, kirs, mask, maska, ngar, rejissor, rolda, tek, tenha, yalniz, yox
Bu yazımda hamımıza bəlli olan, amma eyni zamanda bəlkə də çoxumuzun bu dərinlikdə fikirləşmədiyi bir şeyə toxunacağam… Dostluq… Bizdə dəyəri qızıldan üstün tutulan bir məfhum… Haqqında bir ömür danışa biləcəyimizi sanıb bunu sınayanda heç nə deyə bilmədiyimiz bir anlayış. İndi mən də o vəziyyətdəyəm.. Demək olar ki, nəsə düzgün bir şey fikirləşə bilmirəm. Amma ki, yazacaqlarım, daha doğrusu yazmaq istədiklərim çoxdur. Read more…
Like this:
One blogger likes this post.
Bir neçə gün əvvəl Facebookda bir hadisənin şahidi oldum. Deməli, məşhur parada qarşı çıxan bir səhifədə yazılan statusda bir qız o insanların adlarını çəkməyə belə utandığını dedi. Bunun nə qədər düz olub olmadığı müzakirə mövzusu deyil. Həmin statusda bir oğlan qızın bu sözündən sonra “bomba oğlan” çıxıb danışmağa başladı. Qızların bu hallara və ümumiyyətlə 18+ əhatəli mövzulara ifrat mənfi reaksiyasını pislədi. Dediyinə görə bu cür mövzulara adi baxmaq lazımdır. Daha bir gözlənilməz məlumat isə indi 21-ci əsrin olması idi
Bu fikirlərə söz demirəm, hərənin öz baxış bucağı var, istədiyi kimi də düşünür. Lakin elə o statusun sonrakı rəylərində həmin oğlan “yaxşı qız facedə neyniyir?” dedi. Qızların 18+u qəbul etməməsini qlobal problemə çevirən həmin şəxsin beyni bəşəriyyətə ziyan xarakteri daşıyır. Read more…
Like this:
9 bloggers like this post.
Categories: Başıma gələnlər
Tags: 18, bad, bomba, chat, dost, edir, facebook, faizi, good, kdi, kız, laq, lumat, oğlan, parad, post, qız, sehife, universitet, yaxşı, ziyan
Bakıda 2 ay fasilədən sonra yenə qar yağır, yenə problemləri ilə insanları boğaza yığıb. Yenə uşaqlar sevinir, böyüklər əsəbidir. Yenə yollar buz bağlayır, çənlər donur, işıqlar kəsilir, nəqliyyat zəifləyir, qəzalar bir-birini əvəzləyir…
Bunlara görə qarı sevməyənlər bir mənada haqlıdırlar. Problem gətirən bir şeyi necə sevə bilərlər axı? Qarı sevməkçün gərək ifrat optimist ya da başdanqrija olasan mənim kimi. Hə, mən də sevirəm qarı, elə bilməyin ki, Antalyada oturub postu yazıram və bu problemləri yaşamıram. Xeyr, Badamdardayam, dağın başında. o problemlərin 5 qatı elə biz tərəfdədir. Amma ki, dediyim kimi, başımda qrija var
Read more…
Like this:
2 bloggers like this post.
Categories: Başımıza gələnlər
Tags: 2, antalya, avtomobil, badamdar, baku, bakı, buz, fasile, fasilə, hacıbala, icra, ifl, işıq, nada, neqliyyat, niy, optimist, optimizm, problem, qarabag, qeza, qəza, qrija, su, yini, yollar, zalar, zzi
Son rəylər