Arxiv

Archive for the ‘Başıma gələnlər’ Category

Rus qızları…

Aprel 19, 2012 16 şərh

Bizim cəmiyyətin daha bir gülməli problemini nəzərinizə çatdırmaq istəyirəm… “Urus matişkələri” kimi adlandırılan Rus qızları… Bəli, gülməlidir, axı bir insan necə cəmiyyətin problemi ola bilər? Cavab: Bizdə hər şey olur.
Biz adətən bilib-bilmədən insanlar haqda fikir yürütməyi sevirik… İnsanları öz ürəklərinə, düşüncələrinə görə yox, məhz milliyətinə görə dəyərləndiririk. “Özümüzkü” deyilən anlayış cəmiyyətin demək olar ki, hər sahəsində inkişafa aşkar maneələrdən biridir… Çox rəsmi yazmayacağam, rus qızlarından danışırdım. Read more…

Uşaq ağlıyla yazdığım şeir…

Mart 2, 2012 6 şərh

Bu dəfə ilk hal olaraq bloqumda şeir paylaşacağam. Başqasının şeirini yox, özümün 9-da oxuyarkən yazdığım şeiri. Dünən təsadüfən keçdi əlimə. Oxudum, kövrəldim (guya da). Amma fikirlərimin dəyişmədiyini görəndə bir az pis oldum. Mənən köhnə hamam, köhnə tas vəziyyətindəymişəm. Nəsə uzatmayım, bu da şeir. Read more…

Daxili ziddiyyət… Gerçəklərim…

Fevral 29, 2012 4 şərh

Eyy, tənha oğlan, bir bura bax… Hə, hə… Səninləyəm. Qulaq as, gör nə deyirəm… Bəsdir daha maskalandın, nəyisə qəbul etməyinin vaxtı gəlib artıq. Üzülmə, həyatda hər kəsə bir rol verilir, hər obraz kimsə tərəfindən mütləq oynanmalıdır. Rolundan nə qədər yayınmağa çalışsan da xeyri yoxdur. Soruşursan bunu haradan bilirəm? Hahah, bunu mən necə bilməyim ki, mən artıq tənhalıq rolunun mahir və uzunmüddətli ifaçısıyam. Narahat olma, çox sıxılsan da ömrünün axırınadək bu rolda olacaqsan və vərdiş edəcəksən. İndi mən sənə bəzi qəbul etmədiyin həqiqətlər göstərəcəyəm. Read more…

Yaxşı qızın Facebook-da nə işi var?

Fevral 13, 2012 2 şərh

Bir neçə gün əvvəl Facebookda bir hadisənin şahidi oldum. Deməli, məşhur parada qarşı çıxan bir səhifədə yazılan statusda bir qız o insanların adlarını çəkməyə belə utandığını dedi. Bunun nə qədər düz olub olmadığı müzakirə mövzusu deyil. Həmin statusda bir oğlan qızın bu sözündən sonra “bomba oğlan” çıxıb danışmağa başladı. Qızların bu hallara və ümumiyyətlə 18+ əhatəli mövzulara ifrat mənfi reaksiyasını pislədi. Dediyinə görə bu cür mövzulara adi baxmaq lazımdır. Daha bir gözlənilməz məlumat isə indi 21-ci əsrin olması idi :-) Bu fikirlərə söz demirəm, hərənin öz baxış bucağı var, istədiyi kimi də düşünür. Lakin elə o statusun sonrakı rəylərində həmin oğlan “yaxşı qız facedə neyniyir?” dedi. Qızların 18+u qəbul etməməsini qlobal problemə çevirən həmin şəxsin beyni bəşəriyyətə ziyan xarakteri daşıyır. Read more…

Entry to 20

Yanvar 30, 2012 9 şərh

Düz 20 il əvvəl Zaqatalada dünyaya bir nəfər gəldi. Doğulan anda gözlərindən od parlamışdı deyilənə görə. Hiss olunurdu ki, o uşaq gələcəkdə çox böyük, ağıllı, savadlı, məntiqli, güclü, düzgün, analiz qabiliyyətli, deyib-gülən, futboldan əla başı çıxan, lider və s. keyfiyyətləri özündə daşıyacaq. Doğulduğu kənd ona bir xilaskar kimi baxırmış. 10 il o kənddə yaşayandan sonra onu Bakıya “dahi olma yolunda” göndərmişlər. O 10 yaşlı uşaq inkişaf etməkçün demək olar ki, hər şeyi etdi. Bakıda yaşarkən kənddəki qohumları onunla fəxr edirdi. Lakin bu cür biri olmaqçün o əslində heç bir şey etməmişdi. Sadəcə Allahın ona verdiyi ali zəkadan yaxşı istifadə edirdi!!! Read more…

Daha səbrim qalmadı…

Yanvar 16, 2012 2 şərh

İnsanların etibarını itirməkdənsə, pul itirməyi üstün tuturam… (Robert Boş)
Sonrakı peşmançılıq fayda vermir.
Küsəndə elə küs ki, barışmağa üzün olsun.

Bu aforizm və atalar sözlərini elə-belə yazmadım. Üçü də elə bil mənimcün yazılıb, deyilib. Read more…

Mən etdim, siz etməyin…

Yanvar 14, 2012 Şərh yazın

Düzdür, yaşım azdır, kiməsə məsləhət vermək bəlkə də həddimə deyil. Ancaq mən də səhvlər etmişəm və cəzasını çəkirəm. Bu səhvlərimdən biri haqqında bu yazımda bəhs edəcəyəm… Dostları qırmaq…

Bəli, çox qırmışam dostlarımı, çox istədiklərimi. Bəzən səbəbsiz, bəzən kiçik bir səbəbdən, bəzən isə çox mənasız bir bəhanəylə qırmışam. Bəzən əsəbləşib, bəzən isə əsəbləşdirib qırmışam. Read more…

Categories: Başıma gələnlər Tags: , , , , , ,

İstəyirsən?! Onda elə!

Dekabr 27, 2011 1 comment

Əvvəlki yazılarımdan birində məqsədlər haqda yazmışdım, göstərmişdim ki, məqsədlər insanı irəliyə aparmaq üçün nə qədər vacibdir. Bu yazımda isə həmin məqsədə çatma istəyinin nə qədər vacib olduğunu çatdıracağam.

İstək… Belə baxanda güclü sözə oxşamır. Adi bir söz kimi təəssürat oyadır. Amma atalar pis demiyib: Babbalaca boyu var, dam dolusu toyu var. Bəli doğurdan da bu söz çox şeyə qadirdir. Bəşəriyyətdə insan tərəfindən nə hazırlanıbsa, hamısında bu sözün rolu var. İstəyiblər, ediblər. Demirəm istəməsən heç nə edə bilmərsən, xeyr, amma istisnalar qaydaları pozmur. Read more…

İrəli İB… Səninlə İrəli…

Dekabr 24, 2011 3 şərh

Bu gün demək olar ki, hamı İrəli İB-in 3 yaşı tamam olduğunu müxtəlif yerlərdən eşitdi. Düz 3 il əvvəl yaranmış İrəli İB mən də daxil olmaqla minlərlə gəncin həyatında iz qoydu və qoymaqda davam edir. Lakin mənim bu ailəyə üzv olmağım heç də asan olmadı. Əvvəllər heç də yaxşı baxmadığım bu yerə dostum İlhamiz tərəfindən gətirildim. Ona bu birliyə üzv olduğu üçün həmişə gülür, türklər demiş “dalga geçirdim”. Lakin indi bu düşüncələrə beynimdə yer yoxdur. Ümumiyyətlə, İrəli İB barədə düşüncələrimi iki hissəyə ayırıram: Üzv olanadək, üzv olandan sonra. Read more…

“Mən”lərim başımı qarışdırıb…

Dekabr 20, 2011 6 şərh

Bu yazımda A və B hərflərini işlədəcəyəm. A – Mənim bildiyim “mən”əm, B – başqalarının bildiyi “mən”. A – Xoşbəxt olmayan, həyata həvəsi olmayan bir “mən”, B – daim gülərüz, dərdsiz, xoşbəxt, işə yarayan bir “mən”dir.

Balacalığımdan həmişə lazımsız biri olmuşam. Məhlədə topum olanda hamının “can brat”ı, topum partdıyanda isə heç “11 tuş”a da dəvət etmirdilər. Topum olanda B onlara lazım idi, olmayanda A lazım olmadı, yəni əsl mən lazım deyildim. Read more…

Follow

Get every new post delivered to your Inbox.

Join 2,427 other followers