Arxiv

Archive for the ‘Başımıza gələnlər’ Category

Eurovision sonrası siyasi düşüncələrim… Qısaca

May 27, 2012 2 şərh

Bu Eurovision düşüncələrimdə böyük dəyişiklik yaratdı. Eyni zamanda da ölkə siyasətində. Mən tam bitərəf düşüncəli gənc idim. Hakimiyyəti gör(mə)diyi işlərinə görə bəyənmirdim, müxalifəti isə məntiqsizliyinə görə. Hər az bir tərəfə keçə bilərdim və mən bu tərəfin müxalifət olacağını düşünürdüm. Amma bu Yarışma ərəfəsində çevrilən oyunlar mənə qəti qərarımı göstərdi. Heç vaxt YAP-a üzv olmaram deyib böyük söz demişdim, ondan bəlkə yayındım, amma dəqiq bilirəm ki, indiki saxta, satqın, vətən xaini, naşükür, məntiqsiz, vicdansız müxalifət liderlərinin dəstəsində olmaram. Öz ölkəsini, vətənini yadın ayağına verib sonra videolarını göstərmək ancaq bizim müxalifətçilərin edəcəyi iş ola bilərdi. Sual verəndə “istəyirik vəziyyəti dünya bilsin” deyirlər. Ala dünyanın nə vecinəye bizdə nə olur, onlara lazımdı Azərbaycana qarşı mənfi imic yaratmaq. Həm mən heç vaxt atamla olan problemimi qonşuyla paylaşmaram. Açıq-aşkar vətən xaini oldular gözümdə. Ağıllılar… hələ böyüklərinə baxın bunların. İsveç təmsilçisini tırkalıyıb bizi pisləməyi tələb ediblər, boyları girsin elə yerə. Bəlkə də Loreen gülüb bunların vəziyyətinə, acizlər. Heç kimə lazım deyil müxalifət düzdü, ya səhv, əsas insanların, cəmiyyətin düşüncəsidir ki, bu düşüncəyə görə Eurovision vətənindi və ona qarşı getmək olmaz. Mənim kimi, minlərlə həmfikir itirdilər. Hələ nə qədər belə kasad düşüncəli müxalifət liderləri var, YAP ömür boyu düşməz hakimiyyətdən.

Eurovision SC zalda olanın gözüylə…

May 23, 2012 2 şərh

Düz 1 ildir haqqında danışdığımız Eurovision mahnı müsabiqəsi axır ki, keçirilməyə başladı. Hələlik ilk yarımfinal baş tutsa da Azərbaycan öz sözünü deməyə bacarıb. Mənim keçən ildən bilet almaq kimi niyyətim var idi. Lakin qiymətlər çıxandan sonra universitetimin “Narxoz” olduğunu unutmadığıma və pul lazım olacağını düşündüyümə görə bu sevdadan vaz keçdim. Amma ki, canım Atam reski zəng elədi mənə və “getmək istəyirsən?” deyə soruşdu. Təkərdə olsam da “Hə” dedim. Nəysə oturub dünəni (22.05.2012) gözləməyə başladım, xüsusi hazırlıq olmadan. Atam iki bilet tapmışdı, mən və bacım gedəsi olduq. Dərsə filan getmədim, guya gecikərəm deyə. Nəysə evdən 8-də çıxdıq yol aldıq Crystal Hall-a tərəf. Təzə bulvara qədər piyada gəzdik, sonra isə Bulvar qatarlarına minib birbaşa bulvarın axırına kimi getdik, ordan düşüb təxmini 1 km yolu piyada gedib çatdıq bu Hall-a. Çatana qədər 9 yoxlamadan keçdik. Xoşuma gəldi təhlükəsizlik tədbirləri. Nə isə, çatdıq Zala. Bunları bir kənara qoyaq və Eurovision haqda olan fikirləri çatdırım. Read more…

Tərifnamə…

May 20, 2012 2 şərh

Bekarçılıq insanı dözülməz vəziyyətə gətirəndə gic-gic üsullara əl atır. Və mən də bu cür elədim. Fikirləşdim ki, həm bekarçılıqdan qurtulum, həm də nəsə maraqlı bir şey olsun. Deməli belə. Bir neçə saat bundan əvvəl Facebook-da bu cür status yazmışdım:

Fikirləşdim ki, heç olmasa 300-ə yaxın dostumdan biri nəsə yazar, və maraqla gözləməyə başladım. Təxminən 2 saatdan ilk və hələlik tək ( :-( ) mesajımı aldım. Mən ümumiyyətlə qızlarla daha tez dost olduğuma görə bu dəfə də cavab elə çox yaxın bir qız dostumdan gəldi. Düzdür, mesajı burda yayınlamam bəlkə də görməmişlikdir, amma beləyəm, tək mən yox, hamı təriflənməyi sevir :-) Öz bloqumdur, “Qayf”ım belə istədi, vurdum… Nə isə, keçək gözəl mesaja: Read more…

1 Aprel – Hırıldamalı gün

Aprel 1, 2012 2 şərh

Bıldıyınız kımii (©Tağı Məəlim), bu gün “Pervıy” Apreldi. Bizim millətə yaraşmayan bir qeyri-rəsmi gündür. Ağlamalı vəziyyətdə olduğumuza baxmayaraq nədənsə bütün dərdlərimizi unutduğumuz gündür. İlboyu etdiyimiz şitlikləri bir qırağa qoyub bu gün ciddi-ciddi şitlik edəcəyik, sanki başqa vaxt daha səmərəli işlər görürük və təkcə bu gün qurdlarımızı tökürük :-) Özü də ki, necə şitliklər…

Çox ölkədə gülüş günü kimi qeyd olunur. İnsanlar zarafatlar edir və o zarafatların sonu gülməli olur. Bizdə isə “şalvarın cırılıb”, “ağzıvı təmizlə”, “Filankəs çağırıb” tipli dəxli olmayan, qarşısındakı aldandığı halda isə heç bir gülməli vəziyyət olmasa da, sanki qəhramanlıq etdiyini göstərmək üçün ucadan gülür, eşidən elə bilər ki, təkbaşına Roma qladiatorlarını məğlub eliyib zad :-) Bu gün özüm hətta “Ceyhun, yorğan üzünü niyə cırmısan?” sualıyla oyandım… Təbii ki, alınmadı. Read more…

Avarca ilk post

Mart 20, 2012 2 şərh

Bu yazı avarca yazdığım ilk yazıdır. Əsl avar əlifbasında yazmadım, çünki o əlifbanı heç mən də yaxşı bilmirəm. Nə isə başlayım sözlərimə…

Diy’a hağab post dur u’lisa kxa bişineb. Duda padar mitzex Yats bitszi biççaqut’u çara q’osnu nijer mitszex kxa bişineb. Diy mun e’mere yakginey, da mexi kinsa batiy’i, dancu gi hadanu. Mun dir bişşe qeşe mexiy’ dir dangi yakxri. Bişşe qeşe q’oyizda dir gardizda e’nç’ari. Dun qeş vezi viççaheu. Hağay’gi diy’a duda Malayk Yats bitsnu bişineb. Read more…

Categories: Başımıza gələnlər Tags: , , , ,

8 MART…

Mart 8, 2012 18 şərh

Ehh… Yenə biz oğlanların qara bayram kimi gördüyümüz gün gəldi çatdı. Zarafat edirəm, qızlar, elə düşünmürəm. Cəmiyyətin ümumi baxışını bir cümləyə sığışdırmağa çalışdım. 8 mart gələn kimi hamı fikirləşir ki, guya kişilər “təkər”dədir, guya o gün hamı dərddədir. Xeyr, təbii ki bu belə deyil… Bu günü özüm də bəyənirəm. Gəlməsini istəmirəm, amma gələndə bəyənirəm. Təbrik etməkdən çox xoşum gəlir, istənilən gün təbrik etməyi çox sevirəm… Həm də uzun-uzadı təbrik eləməyi xoşlayıram, bir sözlə, bir cümləylə yox. Read more…

Dostluq… Mənim gözümdə…

Fevral 28, 2012 6 şərh

Bu yazımda hamımıza bəlli olan, amma eyni zamanda bəlkə də çoxumuzun bu dərinlikdə fikirləşmədiyi bir şeyə toxunacağam… Dostluq… Bizdə dəyəri qızıldan üstün tutulan bir məfhum… Haqqında bir ömür danışa biləcəyimizi sanıb bunu sınayanda heç nə deyə bilmədiyimiz bir anlayış. İndi mən də o vəziyyətdəyəm.. Demək olar ki, nəsə düzgün bir şey fikirləşə bilmirəm. Amma ki, yazacaqlarım, daha doğrusu yazmaq istədiklərim çoxdur. Read more…

Ə bu qar sizə nağayrıf?

Fevral 2, 2012 9 şərh

Bakıda 2 ay fasilədən sonra yenə qar yağır, yenə problemləri ilə insanları boğaza yığıb. Yenə uşaqlar sevinir, böyüklər əsəbidir. Yenə yollar buz bağlayır, çənlər donur, işıqlar kəsilir, nəqliyyat zəifləyir, qəzalar bir-birini əvəzləyir…

Bunlara görə qarı sevməyənlər bir mənada haqlıdırlar. Problem gətirən bir şeyi necə sevə bilərlər axı? Qarı sevməkçün gərək ifrat optimist ya da başdanqrija olasan mənim kimi. Hə, mən də sevirəm qarı, elə bilməyin ki, Antalyada oturub postu yazıram və bu problemləri yaşamıram. Xeyr, Badamdardayam, dağın başında. o problemlərin 5 qatı elə biz tərəfdədir. Amma ki, dediyim kimi, başımda qrija var :-) Read more…

Biz türk deyilik…

Dekabr 22, 2011 21 şərh
Bu gün sizə təqdim edəcəyim yazı “Avarlar türk deyil” mübahisəsi ətrafındadır. İndi çox insan türkçülüyün ifrat təbliği nəticəsində ərəb, fars və kürdlərdən başqa bütün cənubi-qərbi Asiya müsəlman xalqlarını türk olaraq tanıyırlar. Bu xalqlar siyahısında dillərini belə bilmədikləri ləzgi, avar, çeçen və s. kimi dağlı xalqları da var. Read more…

Qıjıxana

Dekabr 20, 2011 8 şərh

Gəzirdim. Gözümə gözəl göründü. Görsəydim gözəl gözlərini. Görəmmədim. Günəşə görə görünmədi. Guya gedəcəydim görməyə. Gözəlin güzəranı girdabda görünürdü. Görəsən, gicdimi gördüyüm? Read more…

Follow

Get every new post delivered to your Inbox.

Join 2,427 other followers