Arxiv

Archive for the ‘İctimai’ Category

Debat ailəsinin düşüncəsi bir dostumun dilindən…

May 6, 2012 3 şərh

Bu gün ADİU DK-nın bir komandasını turnirdən diskvalifikasiya etdilər… Səbəb Leyla Natiqin həmin komanda ilə ADİU Daxili Turnirində iştirak etməməsi olmuşdur… Nə əcəbsə, DVC-də belə bir şey var ki, hər bir komanda öz üzvlərini konkret olaraq təqdim etməlidir və bizim hər bir komandamızın bütün iştirakçıları da DVC-yə təqdim olunub… Debat turları başa çatdıqdan sonra isə ADİU DK komandası turnirdən uzaqlaşdırılıb və adını isə əvvəldə qeyd etdiyim səbəblə eyniləşdiriblər, bunu əvvəlcədən deyərək bizi xəbərdar edə bilərdiniz… Daha komandanı uzaqlaşdırmaqla istəyinizə, arzunuza çatmağı ertələyərdiniz. Bu səhv artıq hörmətli qurum olan DVC-nin və DVC-nin Bakı Forumunda sənədlərə rəhbərlik edən kimsənindir, bu nə bizim, nə də ki digərlərinin səhvi deyil. Read more…

Categories: İctimai

“Siyasi Akademiya”da Millət Vəkili Musa Qasımlı ilə görüş

Aprel 28, 2012 1 comment

İrəli İB həmişə böyük layihələr həyata keçirmişdir. Bu layihələr sırasında gənclərin daha çox maraq göstərdiyi siyasət sahəsində də bir layihəsi vardır – Siyasi Akademiya. Bu layihədə siyasətə marağı olan, gələcəkdə siyasətlə məşğul olmaq istəyən və ya siyasətçi olmaq istəyən gənclər iştirak edirlər. Bu gün, yəni 28 aprel günü daha bir görüş keçirilmişdir. İştirakçıların ortaq istəyi nəzərə alındığından bu dəfəki mövzu “1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Xarici Siyasəti” başlığı altında idi. Qonaq qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Tarix elmləri doktoru, Professor Musa Qasımlı olmuşdur.

Musa müəllimin apardığı maraqlı mühazirə tələbələrin böyük marağına səbəb oldu. ADR dövlətinin yaranma səbəblərindən başlayaraq, onun güclənməsi, tanınma yolunda apardığı mübarizələr, xarici ölkələrin ADR uğrunda verdiyi qərarlar, Bakının vacibliyi, Osmanlı dövlətinin ADR-i müdafiə etməsi, Cümhuriyyətin de-fakto tanınması, İranın, Rusiyanın siyasi oyunları, ADR rəhbərliyinin siyasi manevrləri, dövlətə xarici basqılar, bolşeviklərin təzyiqləri, Cümhuriyyətin devrilməsi, Bolşeviklərin hakimiyyətə gəlməsi və daha sonradan Azərbaycan SSRİ-nin yaranma səbəblərindən danışıldı. Çox zəngin keçən görüşlərdə maraqlı faktlarla tanış olduq. Read more…

5 May – Fərqliliyimiz Özümüz olmağımızdadır…

Aprel 24, 2012 2 şərh

Bu həftə mediada səs-küy salan hadisələrdən biri İrəli İB-də keçiriləcək seçkilərdir. Hamı bu mövzuya bir cür yanaşır. Kimi bunu çox gözəl addım kimi qiymətləndirir, cəmiyyətin hər bir sahəsində gəncləşdirmə siyasətinin aparılmasının vacib olduğunu deyir, kimisi bunu lazımsız bir addım kimi qiymətləndirir, hətta bəziləri də var ki, bunun İrəlinin aşağı düşməkdə olan nüfuzunu qurtarmaq xatirinə edildiyini qeyd edir…

Hamının fikirləri lə özlərinə qalsın. İlk əvvəl mən də birmənalı qarşılmadım bu halı, yeni öyrəşdiyimiz insanların aramızdan çıxması məni çox kədərləndirdi. Onlardan bəziləri də vardı ki, mənə çox doğmalaşmışdılar. Bundan sonra onları İrəlidə qonaq qismində və ya “Köhnə İrəliçi” qismində görmək bir az qəribə görünəcək… Amma bunun da bir üstünlüyü var, yeni gəlmiş İrəliçilərlə söhbət edərkən özümün köhnə heyəti gördüyümü nəzərlərinə çatdıracağam və bu da əlavə prestij verəcək mənə (Təsəllim)… Nə isə, keçim mətləbə… Read more…

Debat deyirəm başqa day heç nə…

Aprel 10, 2012 2 şərh

Düz 136 gün sonra növbəti postumu Debata həsr edirəm. Bu həftə yenə bütün iş-gücümüzü atıb debatla məşğul olduq… Oyunlardan qabaq hazırlıq mərhələsi və oyun günü həyəcan mərhələsi bu işin ən gözəl tərəfidir… Debat mənimçün elə bir məfhumdur ki, tərif etsəm mənə xəstə belə deyə bilərsiz… O qədər doğmadır ki, hər dəfə “Debat” sözünü yazanda əlim istəmədən “Shift”ə gedir :-) Ehh… Neyniyime? Özümü Debatda, Debat dostlarımın arasında çox sərbəst, daim xoşbəxt hiss edirəm… Çünki, əmin oluram ki, olduğum kollektivdə hamı mənim kimi düşünür və eyni münasibəti göstəririk bir-birimizə. Read more…

Categories: İctimai Tags: , , , , , ,

İrəli və siz…

Yanvar 17, 2012 2 şərh

Facebookda dostluq siyahımda olan bir neçə şəxs son günlərdə mənə tez-tez bir sualı verir: -Niyə İrəlinin loqosunu profil şəkli eləmisən, yaltaqsan?… Bu postumu sırf onlara cavab olaraq yazmaq qərarına gəldim.

Bu profil şəklini İrəli İB-nin ad günündən fevralın 2-si – Gənclər gününə qədər müddətdə seçmişəm, bir tərəfdən cavabım belə olar ki, yaxşı eləmişəm, öz işimdir, özüm bilərəm. Nə məndən bunu xahiş ediblər, nə də ki, mən bunu hansısa məqsədə, hansısa “qabağa gedim” fikrinə görə qoymamışam. Read more…

İ·M·C

Yanvar 8, 2012 Şərh yazın

Düz 10 gün idi ki, post yazmırdım. Yazmamağımın əsas səbəbləri yeni il və imtahanlar idi. Yeni ili tez yola verdim, ilk imtahanıma da hazırlaşıb qutardım, indi isə postuma başımı qatıram. 10 günlük aradan sonra yazacağım post Mafia Klub haqdadır. Mafia oyununu sevənlər parklarda, universitetdə, məktəbdə, məhlədə, pullu uşaqlar isə klubda oynayırlar. Bəzi klublarda 1 oyunun qiyməti hətta prestijinə görə 40-50 manata dirənir. Lakin mənim heç olmasa həftədə bir dəfə getdiyim Mafia Klub tam pulsuzdur və atmosferinə görə bəlkə də bütün klubları geridə qoyur. Düzdür, blogum çox da oxunan olmasa da, ən azından siz fikirləşirsiz ki, görəsən hardadır bu klub, ora hamı gedə bilərmi, doğurdanmı pulsuzdur? Deyim hamısını… Read more…

İrəli İB… Səninlə İrəli…

Dekabr 24, 2011 3 şərh

Bu gün demək olar ki, hamı İrəli İB-in 3 yaşı tamam olduğunu müxtəlif yerlərdən eşitdi. Düz 3 il əvvəl yaranmış İrəli İB mən də daxil olmaqla minlərlə gəncin həyatında iz qoydu və qoymaqda davam edir. Lakin mənim bu ailəyə üzv olmağım heç də asan olmadı. Əvvəllər heç də yaxşı baxmadığım bu yerə dostum İlhamiz tərəfindən gətirildim. Ona bu birliyə üzv olduğu üçün həmişə gülür, türklər demiş “dalga geçirdim”. Lakin indi bu düşüncələrə beynimdə yer yoxdur. Ümumiyyətlə, İrəli İB barədə düşüncələrimi iki hissəyə ayırıram: Üzv olanadək, üzv olandan sonra. Read more…

Debatiklometazinokologikşünaslıqika

November 26, 2011 3 şərh

Bu gün səhər-səhər, saat 7-də yuxuma haram qataraq durub, iştirakçı olmadığım, sadəcə “qəmiş” olduğum Sumqayıt Açıq Debat Forumuna yollandım, və axşam saat 6-ya qədər orda qaldım, amma heç peşman olmadım nədənsə :-) Read more…

Categories: Başıma gələnlər, İctimai Tags:

Bədbəxt Futbolumuz

November 23, 2011 Şərh yazın

Bizim çempionatımızdan danışacağam… Səviyyəsinin çox az olmasına baxmayaraq səs-küylü olan çempionatımızdan.. Cəmi 12 komanda var… 6-lıq sistemində… Hər il növbəylə biri çempion olur. Amma həmişə çempion bu titula layiq olmur nədənsə… Heç bir məğlub qalibi təbrik etmir, əksinə bu uğurları kölgəyə salmağa çalışır. 5 ildir ki, çempion komanda özünü isbat etməyə çalışır.  2006-2007-də çempion “Xəzər-Lənkəran” “Neftçi” camiəsinin, 2007-2008-də “İnter” “Olimpik” camiəsinin, 2008-2009-da “Bakı” “İnter”in, 2009-2010-da isə əksinə “İnter” “Bakı”nın, son çempionatda isə “Neftçi” “Xəzər-Lənkəran” camiəsinin böyük qınağına tuş gəldi. Heç biri məğlubiyyətlərini həzm edə bilmir. Hərə bir cür faktlar gətirərək qarşı komandanın qalibiyyətinə kölgə salmağa çalışır. Futbolda rəqabətin olması əla faktdır, futbolun inkişafına yol açır, lakin bizdə olan çirkin rəqabətdir. Read more…

Son iki həftəm

November 21, 2011 5 şərh

Bu son iki həftəm mənim üçün çox yaddaqalan oldu. Yeni kollektiv qazandım, yeni dostlar tapdım. Sözümün dinləndiyi yer gördüm. Bu iki həftədə çoxdandır özümdə yoxa çıxmış məsuliyyəti yenidən gürdüm… Çalışmağı, sevinməyi, gülməyi, dostlarıma dəstək olmağı yadıma saldım. Bunların hamısına ADİU DK sayəsində nail oldum… Keçən il də iştirak etməyimə baxmayaraq, o ailəyə bu il qoşuldum və bu qədər vaxt itirməyimə çox peşman oldum… Amma bu iki həftənin sonunda bu peşmançılığı itirdim…  Read more…

Follow

Get every new post delivered to your Inbox.

Join 2,427 other followers